Türkiyədə TUSAŞ-ın qərargahına hücum həyata keçirildi, ölənlər və yaralananlar var, Türkiyə hadisəni terror hücumu olaraq qiymətləndirir

18:19, 23.10.2024

Türkiyənin Aerokosmik Sənayesi şirkətinin TUSAŞ-ın qərargahına hücum h’yata keçirildi. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hadisəni terror aktı olaraq qiymətləndirir. Nazirin məlmatına görə, ölən və yaralananlar var.

Yerli medianın məlumatına görə, qurumun giriş darvazasının yanında partlayış baş verdi, ardınca isə atışma səsi eşidildi.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və xilasedicilər səfərbər olundu.

“Ankarada Türkiyənin Aerokosmik Sənayesi şirkətinə qarşı terror aktı həyata keçirildi. Təəssüf ki, hücum nəticəsində dünyasını dəyişənlər və yaralananlar var. Hadisələrin inkişafı ilə əlaqədar ictimaiyyət məlumatlandırılacaq. Rəsmi mənbələrdən verilən bəyanatları nəzərinizə almağı xahiş edirik”, – deyə daxili işlər naziri X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl mediada terrorçu-kamikadzenin özünü şirkətin qərargahının girişinin yanında özünü partlatması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılmışdı.

Aerokosmik sənaye şirkətinin kampusunda 15 min insan işlə təmin olunub. Medianın məlumatına görə, işçilər təhlükəsiz yerlərə köçürülüb.

Oxşar