Türkiyədə Tarxan Batiraşvilinin həyat yoldaşını həbs etdilər
Türkiyədə Tarxan Batiraşvilinin həyat yoldaşını həbs etdilər

Türkiyədə “İslam Dövləti” terorist təşkilatının başçısı Tarxan Batiraşvilinin (Abu Omar Al-Şişani) həyat yoldaşı Seda Dudurkaeva həbs edildi.

Daily Sabah-ın yaydığı məlumata görə, Seda Dudurkaeva digər dörd nəfər ilə birlikdə iyulun 4-də həbs edildi.

Seda Dudurkaeva Çeçenistanın Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkaevin qızıdır. Abu Omar Al-Şişanidən onun iki oğlu var.

Dudurkaevi isə, qızının teror təşkilatına qoşulmasından sonra, yaranan böyük skandal nəticəsində, Ramzan Kadırov vəzifəsindən azad etmişdi.

Xatırladaq ki, “İslam Dövlətinin” “naziri” olan Tarxan Batiraşvili 2016-cı ildə İraqda öldürüldü.

Daily Sabah nəşriyyatı yayır ki, Dudurkaeva Suriyəyə çeçen ekstremist Hamzat Borçaşvili ilə bərabər getmişdi və orada Batiraşvilinin yardımçısı olan Borçaşvili ilə evləndi.

Borçaşvili öldürüldükdən sonra isə, Seda Dudurkaevayı Omar Al-Şişani ilə evlənməyə məcbur etdilər.

Yayılan məlumata görə, Dudurkaevanın ailə üzvləri onu geri qayıtmağa razı etmək məqsədi ilə dəfələrlə Suriyəyə getmişdilər.