Türkiyədə son 24 saatda koronavirusa 914 yeni yoluxma halı qeydə alınıb,23 pasiyent isə dünyasını dəyişib

21:46, 07.06.2020

 

 Son 24 saat ərzində Türkiyədə yeni növ koronavirusa  914 yeni yoluxma halı qeydə alınıb,23 pasiyent isə dünyasını dəyişib. Məlumatı „ Anadolu“  Dövlət agentliyi yayır.

 Ölkə miqyasında Covid 19 –a yoluxma hallarının ümumi sayı hazırda 170 132-ni, virusdan dünyasını dəyişənlərin sayı isə 4 692-ni təşkil edir.

 Türkiyədə son 24 saatda koronavirusdan 2647 nəfər sağalıb.Ölkə miqyasında 137 969 pasiyent virusu artıq məğlub edə bilib.

 

Hazırladı-Sevinc Mustafayeva

Oxşar