Türkiyədə saxlanılmış Besik Xardzianinin qətli işi üzrə mühakimə olunan şəxslə bağlı bir neçə yeni təfərrüat məlum olub
Türkiyədə saxlanılmış Besik Xardzianinin qətli işi üzrə mühakimə olunan şəxslə bağlı bir neçə yeni təfərrüat məlum olub

 
Gürcüstan məhkəməsi tərəfindən Besik Xardzianinin qətli işi üzrə 2015-ci ildə qiyabi olaraq həbs cəzasına məhkum edilmiş şəxs bir neçə dəfə ad və soyadını dəyişib.

Besik Xardzianinin qətli ilə əlaqədar mühakimə olunmuş şəxs Türkiyədə saxlanılarkən soyadını dəyişdiribmiş. Gürcüstanın Birinci Kanalının məlumatına əsasən, saxlanılma zaman onun soyadı Emil Aliyev olub.

Bundan əvvəl Xardzianinin qətlinə görə mühakimə olunan şəxs iki müxtəlif ad və soyadla qeydiyyata alınıb.

Türkiyədə saxlanılmış şəxs Gürcüstanda Fərid Qurbanov adı və soyadı ilə mühakimə olunub, hərçənd Besik Xardzianinin qətli zamanı onun adı Oleksandr Dametov olub.

Gürcüstan məhkəməsi Besik Xardzianinin qətlinə görə onu Oleq Doevlə birlikdə 2015-ci ildə qiyabi olaraq 19 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə müəyyən edib ki, 2015-ci ilin martın 28-də Fərid Qurbanov tərəfindən gizli şəkildə izlənilən Xardziani Marabda küçəsindəki evinə gedib. Fərid Qurbanov onun ardınca giriş hissəsinə daxil olub, səsboğucu taxılmış odlu silahdan Besarion Xardziani istiqamətində üç dəfə atəş açıb, o cümlədən baş nahiyəsinə bir dəfə yoxlayıcı atəş açıb. Fərid Qurbanov və Oleq Doev həmin gün Sarpi gömrük-keçid məntəqəsindən keçməklə Gürcüstanı tərk ediblər. Məhkəmə müzakirəsində 50-yə yaxın şahid dindirilib, cinayət işi üzrə doqquz cilddə təqdim edilmiş yazılı sübutlar tədqiq edilib. Bunun əsasında məhkəmə Fərid Qurbanov və Oleq Doevin xüsusilə ağır cinayət törətdiklərini müəyyən edib.

Bu gün parlamentdə baş prokuror vəzifəsinə təsdiq edilən Qiorqi Qabitaşvili, prokurorluğun vəsatəti əsasında Besik Xardzianinin qətli ilə əlaqədar mühakimə olunan bir nəfərin Türkiyə Respublikasında saxlanıldığını bildirib. Qabitaşvilinin izahına görə, qrup halında, sifariş edilmiş qətli törətməkdə ittiham olunan cinayəti törədən şəxs saxlanılıb. Baş prokuror, ekstradisiya prosedurlarının davam etdirildiyini izah edib.