Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan xəsarət alıb
Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan xəsarət alıb

Türkiyədə Qurban bayramının ilk günündə qurbanlıq heyvanların kəsilməsi zamanı aldığı xəsarətlər nəticəsində 14 mindən çox insan xəsarət alıb. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu məlumat yayır.

Nazirin dediyinə görə, tibb müəssisələrinə 81 vilayət üzrə 14 372 nəfər, o cümlədən paytaxt Ankarada 1049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634 nəfər müraciət edib.

“Biz qurbanlıq heyvanların peşəkarlar tərəfindən kəsilməsinin vacibliyini vurğulayırıq. Hələ qurban kəsməyən vətəndaşlarımıza bu məsələyə diqqət yetirmələrini xatırladırıq”, – Kemal Memişoğlu bildirib.