Türkiyədə prezident seçkilərində Rəcəb Tayyip Erdoğanın əsas rəqibi olan Muharrem İnceyi dəstəkləmək üçün yüz minlərlə insan yığıldı [Video]

Türkiyənin İzmir şəhərində prezident seçkilərində Rəcəp Tayyip Erdoğanın əsas rəqibi olan Muharrem İnceyi dəstəkləmək üçün yüz minlərlə insan yığıldı.

Bu haqda məlumatı Reuters agentliyi yayır.

Təşkilatçıların bəyan etdiklərinə görə, mitinqdə 2.5 milyon insan iştirak edirdi.

Bəzi sosiyoloji sorğulara əsasən, Erdoğan seçkilərin birinci turunda səslərin çoxunu yığa bilməyəcək və seçkilərin ikinci turu gərəkəcək.

Türkiyədə növbədən kənar prezident seçkiləri iyunun 24-də keçiriləcək.