Türkiyədə meşə yanğını ilə mübarizə aparırlar
Türkiyədə meşə yanğını ilə mübarizə aparırlar

Türkiyədə meşə yanğını ilə mübarizə aparırlar. Ölkənin şimal-qərbində yerləşən Sakarya vilayətində artıq ikinci gündür yanğın davam edir.

Yanğının söndürülməsi işlərinə helikopter də cəlb olunub.

Meşə yanğınına yaxın yerləşən bir neçə kənddən əhali təxliyə edilib.

Sakarya valisi Rəhmi Doğan jurnalistlərə müsahibəsində yanğının gecə ərzində üç evə ziyan vurduğunu bildirib.