Türkiyədə maqnitudası 7,5 bal olan təkrar zəlzələ baş verib
Türkiyənin cənub-şərqində maqnitudası 7,5 olan təkrar zəlzələ baş verib. “BBC”-nin məlumatında zəlzələnin episentrinin Kahramanmaraş şəhəri yaxınlığında olduğu deyilir.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb. Onlardan 8-nin gücü Rixter şkalası üzrə 7 bal gücündə olub.
Son məlumatlara əsasən Türkiyə və Suriyada 1200-dən çox insan həlak olub. Onların arasında təkcə Türkiyədə həlak olanların sayı 900-ü ötür. Minlərlə insan yaralanıb.
Rəsmi məlumata görə Türkiyədə baş verən zəlzələ nəticəsində bir Gürcüstan vətəndaşı həlak olub.