Türkiyədə koronavirusun 32 100 yeni halı qeydə alındı, 235 pasient həlak oldu
Son 24 saat ərzində, Türkiyədə koronavirusun 32 100 yeni halı qeydə alındı, 235 pasient həlak oldu.
Bu pandemiyanın başladığı gündən qeydə alınan ən yüksək günlük göstəricidir.
Bu haqda məlumatı “The Guardian” nəşriyyatı, Türkiyənin Səhiyyə Nazirliyinə istinadən yayır.
Pandemiyanın başladığı gündən, bugünə qədər Türkiyədə koronavirusun 1 866 345 təsdiqlənmiş halı qeydə alınıb, həlak olanların sayı isə, 16 464 nəfərdir.