Tbilisinin yay uşaq bağçalarına qeydiyyat iyunun 8-də başlayacaq
Paytaxt meriyasının “Yay bağçaları” adlı sosial layihəsində uşaqların qeydiyyatı iyunun 8-də, saat 10:00-da başlayacaq və iyunun 21-də daxil olmaqla davam edəcək.
Tbilisi Şəhər Meriyasının məlumatına görə, qeydiyyat elektron şəkildə həyata keçirilir və Tbilisi Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyinin saytında – www.kids.org.ge – aparılacaq. Yay bağçalarının siyahısı da məhz bu saytda mövcuddur.
Layihədən Tbilisinin uşaq bağçalarında qeydiyyatda olan 2-dən 6 yaşadək uşaqlar, o cümlədən sentyabr ayında bağçanı bitirib məktəbə gedəcək uşaqlar da yararlana biləcəklər.
Uşaq bağçaları coğrafi prinsip əsasında seçilib ki, bu xidmət Tbilisinin bütün rayonlarının sakinləri üçün bərabər dərəcədə əlçatan olsun.
54 uşaq bağçasının cəlb olunacağı layihə büdcədən 4 645 000 lari ilə maliyyələşdiriləcək. Bu il yay uşaq bağçalarında 3 900 əməkdaş çalışacaq.