Türkiyədə xarici agentlər haqqında qanun layihəsinin yaxın günlərdə müzakirəyə çıxarılması planlaşdırılır

19:59, 01.11.2024

Türkiyə xarici agentlər haqqında qanun qəbul etməyi planlaşdırır. Bu barədə “Bloomberg” yazır. Yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılması planlaşdırılan qanun layihəsi xarici ölkə və ya təşkilatın təsiri altında dövlətin təhlükəsizliyinə və ya daxili və xarici siyasi maraqlarına zidd fəaliyyət göstərən şəxslərin hərəkətlərinin qarşısını almaq məqsədi daşıyır.

“O, Qərb tərəfdaşlarının ciddi tənqidinə və kütləvi etirazlarına səbəb olan Gürcüstanda qəbul edilmiş xarici agentlər haqqında qanuna bənzəyir”, – “Bloomberg” yazır.

“Bloomberg”in yazdığı kimi, Türkiyədə qanun layihəsindəki qeyri-müəyyən qeydlər və geniş şərh imkanına görə narahatlıq ifadə edirlər. Onların fikrincə, hakimiyyət istənilən tənqidi fikri basdırmaq üçün qanundan istifadə edə biləcək.

Bununla yanaşı, “Bloomberg”in məlumatına görə, Türkiyədə hazırlanan qanun layihəsinə əsaəsn, qanunu pozanlar 7 ilədək həbs cəzası ala bilərlər.

Onlarla media vasitəsi də qanun layihəsinin geri götürülməsini tələb edən qanun layihəsinin əleyhinə bəyanat yaydı.

Oxşar