Türkiyədə, İzmir vilayətində səkkizinci gündür ki, güclü yanğınla mübarizə aparılır, iki nəfər həlak olub
Türkiyənin İzmir vilayətində artıq səkkiz gündür güclü yanğınla mübarizə aparılır, iki nəfər həlak olub, – bu barədə “Reuters” yazır.
Antalyanın kurort vilayətində və İstanbul yaxınlığındakı meşəlik ərazilərdə də meşə yanğınının yeni ocağı meydana çıxıb. Yanğınsöndürənlər bir neçə yanğını lokallaşdırmağı bacarıblar.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, yanğınlar Türkiyənin qərbində 200-ə yaxın evə ziyan vurub.
Yanğın səbəbindən həftənin əvvəlində Türkiyədə 50 minə yaxın insan təxliyə edilib. Mediada yayılan məlumata görə, Türkiyənin altı şəhərində baş vermiş onlarla yanğına görə məsuliyyəti “Kürdüstan Fəhlə Partiyası” ilə əlaqəli bir qrup öz üzərinə götürüb.