Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun vəkilini həbs ediblər

10:12, 28.03.2025

Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun vəkili həbs edilib. Bu barədə “Reuters” məlumat yayır.

Müxalifət partiyasından olan deputat Turan Taşkın Özmer Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivanın “uydurma səbəblərlə” saxlanıldığını açıqlayıb, lakin təfərrüatlar barədə danışmayıb.

Ümumilikdə Türkiyədə İstanbul merinin həbsinə qarşı keçirilən aksiyalarda həbs olunan nümayişçilərin sayı 1900-ə çatıb. Onlardan 260 nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 489 nəfəri azadlığa buraxılıb, 662 nəfərin işi isə hələ də müzakirə prosesindədir.

Aksiyalar zamanı 150 polis yaralanıb.

Məlumat üçün bildirək ki, İstanbul merinin martın 19-da həbs edilməsi ölkədə etirazlar dalğasına səbəb olub. Bununla yanaşı, Türkiyənin müxalifət partiyası hələ də prezidentliyə namizəd kimi Əkrəm İmamoğlunu təsdikləyib.

Oxşar