Türkiyədə iki dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 1650-ni keçib, 11100-dən çox yaralı var

21:59, 06.02.2023

 

Türkiyənin cənub bölgəsində baş verən iki dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 1650 nəfəri keçib, 11100-dən çox insan xəsarət alıb. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca təbii fəlakət nəticəsində həlak olan və yaralananlarla bağlı yenilənmiş məlumatları açıqlayır.

Fevralın 6-da səhər saatlarında Kahramanmaraş şəhəri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin Qaziantep, Diyarbakır, Adana, Şanlıurfa, Hatay, Malatya və Kilis də daxil olduğu təxminən on əyalətində yeraltı təkanlar baş verib. Daha sonra yerli vaxtla saat 13:24-də 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkədə 145 təkrar təkan qeydə alındığını, bəzilərinin gücünün 7 baldan çox olduğunu bildirib. Təbii fəlakət 3740-dan çox binanı məhv edib.

Zəlzələ Türkiyənin qonşusu Suriya üçün də dağıdıcı olub, burada 800-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.

Oxşar