Türkiyədə bəyan edirlər ki, koronavirusa görə ölkənin aeroportlarında xüsusi tədbirlər görürlər
Türkiyədə bəyan edirlər ki, koronavirusa görə ölkənin aeroportlarında xüsusi tədbirlər görürlər

Çində yayılan koronavirusa görə Türkiyə aeroportlarında xüsusi tədbirlər görürlər. “Anadolu” agentliyinin yazdığına görə, bu barədə Türkiyə Səhiyyə naziri, Fahrettin Koca bəyan etdi. Onun dediyinə görə, aeroportlar skrininq üçün termik kameralar ilə təchiz olunacaq.

Nazir deyir ki, hazırda Türkiyədə koronavirusun yayılması riski mövcud deyil. Əgər Çindən Türkiyəyə virusa yoluxmuş şəxs gəlsə, onu karantinə yerləşdirəcəklər.

Nazir qeyd etdi ki, türk aviaşirkətlərinin Uxana Türkiyədən birbaşa reysləri yoxudur, halbuki Çin aviaşirkətləri Türkiyəyə həftədə üç dəfə uçuş həyata keçirirlər.

Xatırladaq ki, Çində koronavirus ilə artıq doqquz adam həlak olub. Koronavirus həmçinin Taylandda, Cənubi Koreyada, Honq Konqda və ABŞ-da qeydə alındı.