Türkiyədə 7 günlük matəm elan edilib

22:25, 06.02.2023

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib.

Bir həftə ərzində bütün ölkə miqyasında və xaricdə Türkiyənin diplomatik nümayəndəliklərinin binaları üzərində bayraqlar endiriləcək.

Bu gün Türkiyənin cənubunda baş verən iki dağıdıcı zəlzələdə 1650-dən çox insan həyatını itirib. Xəsarət alanların sayı 11 mini ötüb.

Oxşar