Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 176-ya çatıb
Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 176-ya çatıb.
Suriya mediası təbii fəlakət nəticəsində 100 nəfərin həlak olmasına dair məlumat yayır. Daha yüzlərlə insan yaralanıb. Zəlzələ ölkənin qərb hissəsində, Latakiyadan Dəməşqə qədər hiss olunub.
Media çoxlu sayda insanın hələ də binaların xarabalıqları altında qalmasına dair məlumat yayır.
Türkiyədə son məlumatlara əsasən zəlzələ nəticəsində 76 nəfər həlak olub, 440 nəfər yaralanıb. Təbii fəlakət ölkənin cənub-şərqində 10-dan çox şəhərə zərər vurub. Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ordu səfərbər olunub.
ABŞ Geoloji Xidmətinin məlumatında zəlzələnin 7,8 bal gücündə olduğu deyilir.