Türkiyə və Rusiya prezidenti arasında telefon danışığı olub
Türkiyə və Rusiya prezidenti arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidenti arasında telefon danışığı olub.

Yayılan məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriyada həyata keçirilən hücum barəsində də söhbət etdilər.

Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatına görə, Ərdoğan Duma şəhərində baş verənlərdən narahatlığını ifadə edib və qeyd edib ki, dinc sakinlər arasında qurbanların qarşısının alınması  məqsədi ilə birgə əməkdaşlıq vacibdir.

Ərdoğan Putinlə bölgəyə humanitar yardımların çatdırılması vacibliyindən də söhbət etdi.