Türkiyə Ukraynaya “ATACMS” ballistik raketləri və “HIMARS” reaktiv mərmiləri satmağı planlaşdırır
Türkiyə Ukraynaya “ATACMS” ballistik raketləri və “HIMARS” reaktiv mərmiləri satmağı planlaşdırır. Bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi və avqustun 6-da Konqresin bülletenində dərc edilmiş bildirişindən məlum olub.
Söhbət böyük silah partiyasından gedir ki, bura həm yaylım atəşli sistemləri və raketlər, həm də taktiki silahlanma daxildir, o cümlədən 12 ədəd M270 “HIMARS” və onun üçün nəzərdə tutulmuş 2 500-dən çox raket, həmçinin 47 000 ədəd kasetli artilleriya mərmisi və “ATACMS” üçün 70 ədəd raket daxildir.
Qeyd etmək lazımdır ki, Türkiyə Amerika silahlarını satmaq üçün Vaşinqtondan icazə almalıdır. ABŞ-da bildirdiklərinə görə, onlar bu müqaviləni təsdiqləməyə hazırdırlar.