Türkiyə Prezidentinin Mətbuat Xidmətinin məlumatında Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Volodimir Zelenskiyə Rusiya ilə vasitəçilik təklif etdiyi deyilir

20:32, 05.01.2023

 
Türkiyə Prezidenti növbəti dəfə Ukrayna liderinə Rusiya ilə vasitəçilik Ptəklif edib. Bu barədə Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə telefon danışığı zamanı açıqlayıb.

Türkiyə Prezidentinin Mətbuat Xidmətinin məlumatında Ərdoğanın Zelenskiyə Türkiyənin Rusiya və Ukrayna arasında davamlı sülhün əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu söylədiyi deyilir.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin Ukraynaya humanitar və enerji məsələlərində yardımı, eləcə də dırnaq arası taxıl dəhlizinin həyata keçirilməsində rəsmi Ankaranın verdiyi töhfəni vurğulayıb.

Ərdoğan həmçinin Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi ilə bağlı işlərin davam etdiyini və Zaporojie AES ətrafında təhlükəsiz zonanın yaradılması prosesinin sürətləndirilməsinə töhfə verə biləcəyini açıqlayıb.

Öz növbəsində Zelenski qeyd edib ki, o, Türkiyə Prezidenti ilə təhlükəsizlik sahəsində əməkdaşlığı, konkret olaraq Zaporojie AES məsələsini, eləcə də əsir mübadiləsi , “taxıl” dəhlizinin inkişafı məsələsini müzakirə edib və “Türkiyənin Ukraynanın “sülh düsturu”nun həyata keçirilməsində iştirak etməyə hazır olduğunu eşitməkdən şad olub”.

Xatırladaq ki, Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefonla danışıb.

Oxşar