Türkiyə Prezidentinin Administrasiyasında bildirirlər ki, Ankarada planlaşdırılan NATO sammitində müdafiə sahəsinə investisiyaların artırılması kontekstində atılan addımlar, həmçinin alyansın çəkindirmə və müdafiə sahəsindəki səyləri qiymətləndiriləcək

19:15, 05.07.2026

Türkiyənin paytaxtı Ankarada keçirilməsi planlaşdırılan NATO sammitinin əsas mövzuları məlum olub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayır.

NATO sammitində müdafiə investisiyalarının artırılması kontekstində atılan addımlar və Alyansın çəkindirmə və müdafiə sahəsindəki səyləri qiymətləndiriləcək.

Bundan başqa, liderlər Avro-Atlantika regionunun üzləşdiyi təhdidlər, risklər və çağırışlar barədə strateji səviyyədə fikir mübadiləsi aparacaqlar; Ukraynadakı mövcud vəziyyət və alyansın cənubunda son vaxtlar baş verən hadisələr müzakirə olunacaq.

Sammit çərçivəsində, Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğan iyulun 7-də, Prezident Sarayına qonaq gələn dövlət və hökumət başçılarını və onların xanımlarını qəbulda və şam yeməyində ev sahibliyi edəcəklər.

Şimali Atlantika Şurası 8 iyulda Türkiyə Prezidentinin ev sahibliyi ilə Müttəfiq dövlət və hökumət başçıları səviyyəsində görüşəcək.

Sammitə hazırlıq məqsədilə, iyunun 30-da Brüsseldə alyans nümayəndələrinin görüşü keçirilib və orada digər məsələlərlə yanaşı, növbəti sammitin yekun bəyannaməsinin layihəsi müzakirə olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva ayıq olmalı və Türkiyədə planlaşdırılan NATO sammitindən əvvəl Kiyev tərəfindən törədilə biləcək təxribatlara hazır olmalıdır.

Oxşar