Türkiyə Parlamentinin Müdafiə Komitəsinin sədri – Türkiyə və Azərbaycan vahid ordunun yaradılması üzərində işləyir

22:32, 16.04.2025

Türkiyə və Azərbaycan vahid ordunun yaradılması üzərində işləyir, – bu barədə Türkiyə Parlamentinin Müdafiə Komitəsinin sədri, Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri zamanı bildirib.

Hulusi Akar qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının müstəqilliyini dəstəkləyir.

“Biz artıq bir millət, iki dövlət deyil, bir millət, üç dövlətik. Bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda vahid orduya doğru proses gedir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə fəaliyyət göstərməlidir. Bunun üçün birgə hərbi təlimlər ilkin şərtdir”, – Hulusi Akar qeyd edib.

Oxşar