Türkiyə özünün ilk hipersəs raketi olan Tayfun Block-4-ü təqdim edib
Türkiyə özünün ilk hipersəs raketi olan Tayfun Block-4-ü təqdim edib. Türk mediasının məlumatına görə, müdafiə nəhəngi Roketsan İstanbulda keçirilən IDEF 2025 beynəlxalq müdafiə sərgisində altı yeni qabaqcıl sistemi nümayiş etdirib.
“Tayfun Block-4” ballistik raketi Türkiyənin istehsal etdiyi ən uzun mənzilli ballistik raket olan “Tayfun”un hipersəs versiyasıdır. Yeni hipersəs raketi yeddi ton ağırlığındadır və çoxfunksiyalı döyüş başlığı sayəsində kilometrlərlə uzaq məsafədən hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri, hərbi anqalar və kritik hərbi obyektlər kimi bir çox strateji hədəfi məhv etmək qabiliyyətinə malikdir.
Hipersəs raketlər saatda beş max sürəti ilə hərəkət edirlər, yəni səs sürətindən beş dəfə sürətli hərəkət edir. Raketlərin sürəti saatda altı min kilometrə çatır.