Türkiyə Fransa tərəfindən ermənilərin soyqırımının milli gün olaraq, elan edilməsini qınayır
Türkiyə Fransa tərəfindən ermənilərin soyqırımının milli gün olaraq, elan edilməsini qınayır

Türkiyə Fransa tərəfindən ermənilərin soyqırımın milli gün olaraq, elan edilməsini qınayır.

Bu barədə bəyanatı Türkiyə prezidentinin müşaviri İbrahim Kalın verdi.

Türkiyə iqtidar nümayəndəsinin bəyanatına görə, Ankara Fransa prezidenti tərəfindən, öz siyasi səlahiyyətlərinin qorunması məqsədi ilə, tarixi hadisələrdən istifadə edib, onları siyasi silah kimi istifadə etməsini yanlış hesab edir.

“Ermənilərin soyqırımı haqqında iddiaların hüquqi əsası yoxdur. Bu ittihamlar Türkiyə üçün ləğv olunub” – dedi İbrahim Kalın.

Fransa prezidenti Emanuel Makron 24 apreli ermənilərin soyqırımının milli anım günü olaraq elan etdi.

Emanuel Makron Fransada erməni təşkilatlarının koordinasiya şurasının hər illik şam yeməyində bəyan etdi ki, Fransa Osmanlı İmperiyasında erməni millətinin soyqırımını ilk qınayan ölkələrdən biridir.

Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini soyqırım olaraq, Fransa 2001-ci ildə qəbul etdi. 2016-cı ildə isə, bu statusun inkar edilməsini qeyri-qanuni elan etdi.