Türkiyə Amerikan avtomobillərinə, alkohol və tütünə tarifləri artırdı
Türkiyə Amerikan avtomobillərinə, alkohol və tütünə tarifləri artırdı

Türkiyə Amerikan avtomobillərinə, alkohol və tütünə tarifləri artırdı.

Tariflərin artırılması prezidentin təşəbbüsü ilə oldu.

Türkiyənin vitse-prezidenti Fuat Oktayın bəyanatına görə, tariflərin artırılması haqqında qərar ABŞ tərəfindən Türkiyə iqtisadiyyatına qarşı həyata keçirilən hücüma cavab olaraq verildi.

Tariflərin artırılması həmçinin düyü və kosmetika vasitələrinə də toxundu.

Türkiyə və ABŞ arasındaki vəziyyət, ABŞ tərəfindən Türkiyənin dəmir və alyumininə tarifin artırılmasından sonra gərginləşdi.

Gərginliyin səbəbi isə, Türkiyədə həbs edilən amerikalı pastor Endryu Barnsondur, hansı ki, Fetullah Gülenin təşkilatı ilə əməkdaşlıqla ittiham edildi.

Pastorun həbs edilməsi ilə bağlı, ABŞ Türkiyənin Daxili İşlər Naziri və Ədliyyə Nazirliklərinə sanksiyalar qoydu.