Türk mediası Türkiyə və Ermənistan arasında hava nəqliyyatı ilə yük daşımalarının Yeni ildən əvvəl başlaya biləcəyi, Alikan quru keçid məntəqəsinin açılmasının da nəzərdən keçirildiyi barədə məlumat yayır

10:17, 09.12.2022

 

Türk mediası Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının ikinci mərhələsinin başladığına dair məlumat yayır. “Hürriyet Daily” Türkiyə və Ermənistan arasında hava nəqliyyatı ilə yük daşımalarının Yeni ildən əvvəl başlaya biləcəyi barədə məlumat verir. Danışıqlar prosesində iştirak edən şəxs türk mediası ilə söhbətində yük təyyarələrinin uçuşlarının dekabrın 31-dən əvvəl başlaya biləcəyini bildirib.

“Ermənistan Türkiyədən yükləri Gürcüstan vasitəsilə alırdı. Yük təyyarələrinin uçuşları başladıqdan sonra türk məhsulları birbaşa Ermənistana gətiriləcək” -deyə türk mediasına danışan Türkiyənin rəsmi nümayəndəsi açıqlayıb.

Medianın məlumatında 1993-cü ildən fəaliyyətini dayandıran Alikan keçid məntəqəsinin açılışının da müzakirə prosesində olduğu deyilir. “Hürriyet Daily”nin yazdığı kimi, bu keçidin açılması üçün 128 metrlik körpünün abadlaşdırılmasına ehtiyac var.

Həmçinin, türk mediası iki ölkə arasında münasibətlərin normallaşmasının üçüncü mərhələsində ikitərəfli ticarətin bərpası ilə bağlı danışıqlara başlanılmasının planlaşdırıldığı barədə yazır. Media bu məsələ ilə bağlı texniki işlərə artıq başlanıldığına dair məlumat verir.

Oxşar