Tskneti-Betaniya yolu açıldı - dron ilə çəkilmiş kadrlar

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyi Tskneti-Samadlo və Tskneti-Axaldabanın 4 kilometrlik avtomobil yolunun bərpasını başa çatdırdı.

Başa çatdırılmış yolu Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili, Tbilisi meri Kaxa Kaladze və Avropa Sərmayə Bankının nümayəndələri gözdən keçirdilər.

Yolun bərpası işinə Almaniya, Türkiyə, Avstriya və Rusiyadan ekspertlər qatılmışdılar.

Layihə Avropa Sərmayə Bankının maliyyələşdirilməsi ilə həyata keçirildi və onun dəyəri  29 milyon larıdən artıqdır.

 

Qeyd olunan yolun hissəsi 2015-ci ilin iyunun 13-də baş verən fəlakət nəticəsində zədələndi və bərpaya 14 ay lazım gəldi.