Tsalencixa munisipalitetinin Çkvaleri kəndinin Leşamuqe məhəlləsində yanğınla mübarizə aparırlar. Tsalencixa munisipalitetinin meri vəzifəsini icra edən Vano Burduli hadisə yerindədir və Gürcüstanın Birinci Kanalına bildirib ki, Leşamuqe məhəlləsində baş verən yanğın elektrik xətlərini zədələyib və yanğın rabitə qüllələrinə çox yaxındır. Hərçənd, onun dediyinə görə, Zuqdidi briqadaları da yerli yanğınsöndürən- xilasedicilərə qoşulub.
Yaşayış məntəqəsinə gəlincə, Vano Burdulinin dediyi kimi, əhalidən bir kilometrdən çox məsafədədir.
Onun dediyinə görə, Leşamuqedəki yanğın artıq lokallaşdırılıb, lakin hazırda Cqali icmasında yeni yanğın var.