Tsabadze küçəsində baş verən yanğın nəticəsində zərər görənlər hökümətdən yardım tələb edirlər
Tsabadze küçəsindəki “Terqo” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər görənlər hökümətdən yardım tələb edirlər.
Birinci Kanalın hadisə yerində olan jurnalisti ilə söhbət zamanı, ticarət mərkəzində çalışanlar bəyan etdilər ki, əgər mallarını xilas edə bilməsələr, onlara verilən zərərin ödənməsini hökümətdən tələb edəcəklər.
Hazırda, bazar ərazisi duman içindədir və ticarətçilərə içəri daxil olmağa izin verilmir.