Trampın Baş prokuror vəzifəsinə namizədliyini irəli sürdüyü konqresmen Mett Qets öz namizədliyini geri götürdü

22:27, 21.11.2024

Donald Trampın baş prokuror vəzifəsinə namizədliyini irəli sürdüyü konqresmen Mett Qets namizədliyini geri götürdü.

Qets sosial şəbəkədə bəyanat yaydı və güclü dəstəyə baxmayaraq, Tramp-Vansın işinə mane olmamaq üçün namizədliyini geri götürmək qərarına gəldiyini qeyd etdi.

“Dünən əla görüşlərim oldu. Bu gədər insanın inanılmaz dəstəyini qiymətləndirirəm. İmpuls güclü olsa da, keçid zamanı diqqəti mənə yönəltmək aydındır ki ədalətsizlik olardı. “Prezident Tramp tərəfindən Ədliyyə Departamentinin rəhbəri vəzifəsinə irəli sürülmək məni üçün əbədi olaraq böyük şərəf olacaq və onun Amerikanı xilas edəcəyinə əminəm”, – Qets yazır.

Oxşar