Acara hökumətinin sabiq sədri Tornike Rijvadze hazırda Tbilisidə Birinci Universitet Klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.
Tibbi personal və klinikanın rəhbərliyi hələlik Rijvadzenin səhhətini şərh etmirlər.
Daxili İşlər Nazirliyi tərəfindən yayılmış bəyanata əsasən, Rijvadzenin ağciyəri zədələnib və səhhəti stabil ağırdır.
Tornike Rijvadze güllə yarası ilə Saqareconun “Geo Hospitals”ına bu gün yerləşdirilib.https://1tv.ge/lang/az/news/dakhili-isler-nazirliyi-tornike-rijvadze-gulle-yarasi-ile-sagarejonun-geo-hospitalsina-yerlesdirilib-veziyyeti-stabil-agirdir-ozunu-oldurme-heddine-jatdirma-maddesi-ile-istintag-basladilib/
Tornike Rijvadzenin işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladılıb, bu isə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.
Bununla yanaşı, Tornike Rijvadzenin işi üzrə təqsirləndirilən şəxs qismində Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani saxlanılıb. https://1tv.ge/lang/az/news/movjud-melumata-esasen-tornike-rijvadzenin-isi-uzre-odlu-silahin-diggetsiz-sakhlanilmasina-gore-aleksi-akhvlediani-sakhlanilib/
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Axvlediani Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə saxlanılıb, bu isə odlu silahın diqqətsiz saxlanılmasını nəzərdə tutur.