Mövcud məlumata əsasən, Tornike Rijvadzenin işi üzrə odlu silahın diqqətsiz saxlanılmasına görə Aleksi Axvlediani saxlanılıb
Mövcud məlumata əsasən, Tornike Rijvadzenin işi üzrə odlu silahın diqqətsiz saxlanılmasına görə Aleksi Axvlediani saxlanılıb

 

Mövcud məlumata əsasən, Tornike Rijvadzenin işi üzrə təqsirləndirilən şəxs qismində Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani saxlanılıb.

Axvlediani Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə saxlanılıb, bu isə odlu silahın diqqətsiz saxlanılmasını nəzərdə tutur.

Məlum olduğu kimi, atışma baş verən zaman Rijvadze məhz Axvledianinin evində olub.

Tornike Rijvadzenin işi üzrə isə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladılıb, bu isə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.

Tornike Rijvadze güllə yarası ilə Saqareconun xəstəxanasına bu gün yerləşdirilib. Onun vəziyyəti stabil ağırdır.