Toivo Klaar - son günlər ərzində Ermənistan-Azərbaycan kontekstində artan gərginlikdən narahatam
Toivo Klaar - son günlər ərzində Ermənistan-Azərbaycan kontekstində artan gərginlikdən narahatam

 

Gərginliyin azaldılması və onilliklər boyu davam edən çəkişmə səhifəsini vərəqləmək üçün tarixi fürsəti əldən verməmək vacibdir-bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“Son günlər ərzində Ermənistan-Azərbaycan kontekstində artan gərginlikdən narahatam. Aİ sülh prosesində iştirakını dərinləşdirməkdə istəklidir ; Biz bir çox səviyyələrdə iştirak edirik. Gərginliyin azaldılması və onilliklər boyu davam edən çəkişmə səhifəsini vərəqləmək üçün tarixi fürsəti əldən verməmək vacibdir”- deyə Toivo Klaar bildirib.

Media tərəfindən yayılmış məlumatda, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında toqquşmaların getdiyi, itkilərin olduğu deyilir.