Toivo Klaar – Aİ Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına kömək etmək üçün hər iki tərəflə sıx təmasdadır
Aİ Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına kömək etmək üçün hər iki tərəflə sıx təmasdadır-bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” sosial şəbəkəsində yazır.
O , Ermənistan-Azərbaycan sərhədində toqquşmaların və intensiv atışmaların dərhal dayandırılmalı olduğunu bildirib.
“Ermənistan-Azərbaycan sərhədində toqquşmalar və intensiv atışmalar dərhal dayandırılmalıdır.Avropa İttifaqı gərginliyin azaldılmasına kömək etmək üçün tərəflərlə sıx təmasdadır” -deyə Toivo Klaar yazır.