Tinatin Ruxadze və Ermənistanın mədəniyyət naziri mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Gürcüstanda işgüzar səfərdə olan Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasian və nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məslələri və birgə mədəni layihələrin həyata keçirilməsi müzakirə olunub. Söhbətdə 2026-cı ildə Gürcüstanda planlaşdırılan Erməni Mədəniyyəti Günlərinə toxunulub.
Qeyd olunub ki, cari ilin iyun ayında Gürcüstan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Ermənistan Respublikasına səfəri zamanı Gürcüstan Mədəniyyəti Günləri uğurla keçirilib.
Görüşdən sonra Tinatin Ruxadze və Janna Andreasian 2025–2027-ci illərdə Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Gürcüstanın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramını imzalayıbılar. Bu proqramın məqsədi Ermənistan və Gürcüstan arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsidir.
Görüşdə və memorandumun imzalanmasında Gürcüstanın mədəniyyət nazirinin müavini Qiorqi Mirtsxulava, Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qiorqi Şarvaşidze, Gürcüstan Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zurab Bakuradze, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Alfred Koçaryan, Ermənistannın Gürcüstandakı səfiri Aşot Smbatyan, Xarici Əlaqələr və Diaspor departamentinin rəhbəri Arkadi Papoyan və Ermənistan Respublikasının səfirliyinin katibi Davit Ter-Mkrtçyan iştirak edirdilər.
Məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti yayır.