Tinatin Ruxadze Olimpiya şəhərində 2025-ci il Uşaq Avroviziyasına hazırlıqla tanış olub
Tinatin Ruxadze Olimpiya şəhərində 2025-ci il Uşaq Avroviziyasına hazırlıqla tanış olub

Mədəniyyət naziri Tinatin Ruxadze müavinləri Giorgi Mirtsxulava və Teimuraz Qamtsemlidze ilə birlikdə Olimpiya şəhərində Uşaq Avroviziyası 2025-ə hazırlıqla tanış olub.

Avropanın ən nüfuzlu uşaq müsabiqəsinin finalçıları artıq Gürcüstandadır.

Gürcüstan ikinci dəfədir ki, Uşaq Avroviziyası Mahnı Müsabiqəsinə ev sahibliyi edir. Tədbirdə Avropanın 18 ölkəsindən 9–14 yaş arası ifaçılar iştirak edəcək. Gürcüstanı “Ranina”nın qalibi Anita Abqariani təmsil edəcək.

2025-ci il Uşaq Avroviziyası Mədəniyyət Nazirliyi, “Starring Georgia” və İctimai Yayımçı tərəfindən təşkil olunur.

Uşaq Avroviziyası 2025-in final şousu dekabrın 13-də saat 20:00-da 20 ölkədə birbaşa yayımlanacaq. Müsabiqənin hər il 70 milyon tamaşaçısı var.

“Ölkəmiz çox mühüm tədbirə ev sahibliyi edir. Uşaq Avroviziyasının hazırlığında iştirak edən bütün qurumlara təşəkkür etmək istərdim. Əminəm ki, biz qonaqlara ləyaqətlə ev sahibliyi edəcəyik və Uşaq Avroviziyası 2025 Gürcüstan üçün ən yaxşı platformalardan biri olacaq”, – deyə Tinatin Ruxadze bildirib.

Məlumatı Mədəniyyət Nazirliyi yayır.