Tinatin Ruxadze Koreya Respublikasının səfiri Hyon Du Kim ilə tanışlıq görüşü keçirdi
Tinatin Ruxadze Koreya Respublikasının səfiri Hyon Du Kim ilə tanışlıq görüşü keçirdi

Mədəniyyət naziri Tinatin Ruxadze Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hyon Du Kim ilə tanışlıq görüşü keçirdi.

Mədəniyyət Nazirliyinin məlumatına görə, diqqət mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən kino sənayesi, mədəni irs və muzeyçilik sahələrində tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərinə yönəldildi.

“Tərəflər gələcək əməkdaşlığa və yeni təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildirdilər.

Görüşdə Gürcüstan Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zurab Bakuradze, həmin departamentin baş mütəxəssisi Giorgi Nadiraşvili və Koreya Səfirliyinin ikinci katibi Teçan Kimi iştirak edirdilər”, – məlumatda qeyd edilib.