Tinatin Berdzenişvili - Gürcüstanın Birinci Kanalının binasında heç kim qalmır, hər şey avtomatik rejimdədir, prosedurların başa çatmasını gözləyirik
Gürcüstanın Birinci Kanalının binasında heç kim qalmır, hər şey avtomatik rejimdədir, prosedurların başa çatmasını gözləyirik, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru vəzifəsini yerinə yetirən, Tinatin Berdzenişvili bəyan etdi.
Elə onun açıqlamasına görə, Gürcüstanın Birinci Kanalının binasında bombanın mövcudluğu barəsində xəbərdarlıq az öncə daxil oldu.
“Az öncə qaynar xəttə xəbərdarlıq daxil oldu ki, binada bomba var və binanı tərk etməliyik. Müvafiq prosedurlara müraciət etdik və binanın yoxlanılması həyata keçirilir. Əlavə məlumatımız yoxdur. Ümid edirik prosedurlar tezliklə başa çatacaq. Əsas odur ki, radio və televiziya efirləri dayanmayıb. Hazırda binada heç kim yoxdur, hər şey avtomatik rejimdədir və prosedurların başa çatmasını gözləyirik”, – Tinatin Berdzenişvili bəyan etdi.
Gürcüstanın Birinci Kanalının qaynar xəttinə az öncə bombanın olması barəsində zəng daxil oldu. Buna görə, Gürcüstanın Birinci Kanalı binasından əməkdaşların təxliyyəsi az öncə həyata keçirildi.