Tina Bokuçavanın bildirdiyinə görə, müxalifət diplomatik korpusa etirazların planların fundamental hissəsi olduğunu izah etdi
“Birlik – Milli Hərəkat”ın liderlərindən biri Tina Bokuçavanın bildirdiyinə görə, müxalifət nümayəndələri diplomatik korpusa etirazların onların planlarının fundamental hissəsi olduğunu izah etdilər.
Onun dediyinə görə, səfirliklərin nümayəndələrinə seçki saxtakarlığı ilə bağlı sübutlar təqdim etdilər və müxalifətin birliyini təsdiqlədilər.
“Diplomatik korpusla bugünkü görüşün əsas məqsədlərindən biri koalisiya tərəfdaşlarımızla birlikdə saxtakarlıqların sübutunu təqdim etmək idi. Həmçinin müxalifət cəbhəsində olan birliyi bir daha qeyd etdik. Heç bir müxalifət partiyasının parlamentə girməyəcəyini vurğuladıq. Nəhayət, biz diplomatik korpusa bir daha izah etdik ki, etiraz aksiyaları bizim planlarımızın fundamental hissəsidir. Biz hesab edirik ki, mühüm hissə namizəd statusu qazanmaq üçün “Rusiya qanunu”na qarşı mübarizə aparmış cəmiyyətin fəal üzvləri ilə birlikdə uzun, davamlı, məqsədyönlü və nəticəyə yönəlmiş etiraz aksiyalarıdır”, – deyə Tina Bokuçava bildirib.
Məlumat üçün bildirək ki, müxalifət birliyinin liderləri səfirliklərin nümayəndələri ilə görüşdülər. Xüsusi ilə görüşdə, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat” partiyalarının nümayəndələri iştirak edirdilər. “Qaxaria-Gürcüstan naminə” partiyasının üzvləri iclasda iştirak etməyiblər.