Tina Bokuçava - Gürcüstan vətəndaşları vizasız gediş‑gəlişdən məhrum edilməməlidir, bu məhdudiyyət İvanişvili, onun ətrafı, o cümlədən təbliğatçılar və iş adamları üçün tətbiq edilməlidir
Avropa İttifaqına üzv ölkələr Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv etməməlidir; bu, ancaq İvanişvili və onun ətrafına tətbiq edilməlidir, – bu barədə “Milli Hərəkat”ın sədrı Tina Bokuçava Vilnüsdə, “Avropa Xalq Partiyası”nın siyasi assambleyasında çıxışı zamanı bildirib.
Onun dediyinə görə, sanksiyalar Bidzina İvanişviliyə və onun ətrafına, o cümlədən təbliğatçılara və iş adamlarına qarşı şəxsi sanksiyalara yönəldilməlidir.
“Rejimin üzvləri, onların təbliğatçıları və biznes elitaları sizin ölkələrinizə səyahət etmək hüququnu itirməlidir. Avropa İttifaqına üzv ölkələr Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv etməməlidir; bu, ancaq İvanişvili və onun ətrafına tətbiq edilməlidir. Siz həmçinin İvanişvilinin qeyri-legitim hökumətinə beynəlxalq maliyyə institutları vasitəsilə kredit verməyi dayandırmalısınız; bu kreditlə o, repressiv maşınları və korrupsiya sxemlərini maliyyələşdirir”, – Bokuçava bildirib.
“Birlik Milli Hərəkatı”nın mətbuat xidməti məlumat yayır.