Tina Bokuçava - Digər siyasi partiyalar nə qərar versələr də, biz böyük milli qələbənin bayraqdarı olacağıq
“Milli Hərəkat”ın sədri Tina Bokuçavanın qiymətləndirməsinə əsasən, maksimum konsolidasiya bugünkü hakimiyyətlə qarşıdurmanın ən düzgün yoludur.
Lakin, o bildirib ki, digər siyasi partiyalar nə qərar versələr də, “Milli Hərəkat” gürcü xalqının oktyabrın 26-da bayram edəcəyi böyük milli qələbənin bayraqdarı olacaq.
“Təbii ki, mən digər müxalifət partiyalarının danışıqlarına və onların öz partiyaları çərçivəsində razılıq əldə etmə səriştəsinə müdaxilə edə bilmərəm. Ölkəmizə ən mühüm dəyişiklikləri gətirən, bu gün də, gələcəkdə də, “Qızılgüllər inqilabı” zamanı əsas birləşdirici və mərkəzləşdirici olan prezident Saakaşvilidən bu gün eşitdiyimiz mesajı bir daha təkrarlaya bilərəm. Mən də hesab edirəm ki, maksimum konsolidasiya bugünkü hakimiyyətlə qarşıdurmanın ən düzgün yoludur, lakin prezident Saakaşvili həm də “Milli Hərəkat”ın birinci yerə çıxacağını, qələbənin avanqardında olacağımızı dedi. Digər siyasi partiyalar nə qərar versələr də, bəli, biz gürcü xalqının əminəm oktyabrın 26-da axşam bayram edəcəyi böyük milli qələbənin bayraqdarı olacağıq” – Tina Bokuçava bildirib.
Qiorqi Qaxaria və Mamuka Xazaradze arasında seçki üçün partiyaların birləşməsi ilə əlaqədar prezidentin iştirakı ilə məsləhətləşmələr iki gün ərzində keçirilirdi. Bu günə daha bir görüş təyin olunmuşdu, lakin “Gürcüstan Naminə” partiyası bu mərhələdə razılaşmanın əldə
olunmasının mümkün olmaması haqda bəyanat yaydı. Bununla yanaşı, Mamuka Xazaradze jurnalistlərlə danışarkən qeyd etdi ki, “onlar Qaxarianın partiyası ilə imza atmağa hazır olublar”.