“Times of Israel” – Donald Trampın Ağ Ev administrasiyasına qayıtması ilə əlaqədar, İsrail girovların azad edilməsi ilə bağlı razılaşma məsələsinə nikbin yanaşır

23:05, 11.11.2024

 

Donald Trampın Ağ Ev administrasiyasına qayıtması ilə əlaqədar İsrail girovların azad edilməsi ilə bağlı razılaşma məsələsinə nikbin yanaşır,- bu barədə israilli yüksək rütbəli məmur “Times of Israel” ilə müsahibəsində bildirir.

“Biz ümid edirik ki, Tramp Qəzzada hərbi təzyiqi artırmaq üçün bizə deyil, Qətərə təzyiq göstərəcək”, – adının açıqlanmasını istəməyən yüksək rütbəli məmur deyir.

Məlum olduğu kimi, Qətər hələlik İsrail və “HƏMAS” arasındakı danışıqda vasitəçilik etmir və məhz buna görə də Tramp Qətərə təzyiq göstərməlidir.

Yüksək rütbəli məmurun dediyinə görə, Tramp nə silahın ötürülməsinə manə olmayacaq, nə də humanitar məsələlərdə İsraili dayandırmayacaq.

“Hazırda danışıqlar dalana dirənib”, – mənbə deyir.

Oxşar