“Time” Volodimir Zelenskini ilin adamı seçib
Amerikanın “Time” nəşri Ukrayna prezidenti Volodimir Zelenskini ilin adamı seçib.
Prezidentin şəklinin dərc olunduğu jurnalın üz qabığında “Volodimir Zelenski və Ukraynanın ruhu” yazısını oxuyuruq.
“Qorxu kimi cəsarətin də yoluxucu ola biləcəyini sübut etdiyinə görə, Volodimir Zelenski və Ukraynanın Ruhu “Time” jurnalı tərəfindən ilin adamı seçilib. Ukraynanın azadlığını qorumaq, demokratiya və sülhün kövrəkliyini dünyaya xatırlatmaq üçün xalqları və dövlətləri birləşdirdiklərinə görə” – deyə açıqlamada oxuyuruq.
Həmçinin jurnalın redaksiyası bu il seçimin ən asan olduğunu qeyd edir.
“Ukrayna bizi ümidlə, bəzilərini isə qorxu ilə doldurur. Bununla belə, istənilən halda, Volodimir Zelenski uzun onilliklər ərzində dünyanı heç kimin silkələmədiyi kimi silkələdi” -deyə redaksiyanın əməkdaşları yazırlar.