Tianeti-Zaridzeebi-Jinvali yolunda avtonəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Tianeti-Zaridzeebi-Jinvali yolunda avtonəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.
Onların məlumatına görə, güclü qar yağması ilə əlaqədar daxili dövlət əhəmiyyətli Tianeti-Zaridzeebi-Jinvali avtomobil yolunda yalnız yolsuzluq avtomobillərin (iki və daha çox əsas körpüsü olan) hərəkətinə icazə verilib, digər növ avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb.