“The Washington Post” – Venesuela prezidenti Rusiya, Çin və İran liderlərindən hərbi yardım göstərməyi xahiş edib
“The Washington Post” – Venesuela prezidenti Rusiya, Çin və İran liderlərindən hərbi yardım göstərməyi xahiş edib

“The Washington Post”un məlumatına görə, Venesuela prezidenti Nikolas Maduro Rusiya, Çin və İran liderlərindən hərbi yardım göstərməyi xahiş edib.

ABŞ hökumətinin sənədlərinə istinadən nəşr xəbər verir ki, Karib dənizi hövzəsində Amerika hərbi qüvvələrinin artması fonunda Nikola Maduro Vladimir Putinə məktub göndərib, və bu məktub ona yüksək rütbəli köməkçisi vasitəsilə çatdırılmalı idi.

Nəşr həmçinin xəbər verir ki, Maduro “hərbi əməkdaşlığın genişləndirilməsi” xahişi ilə Si Dzinpinə məktub göndərib.

Sənədlərdə deyilir ki, Venesuelanın nəqliyyat naziri də pilotsuz uçuş aparatları və hərbi avadanlıqlar almaq üçün İrana müraciət edib.