"The Wall Street Journal" - Stiv Uitkoff Berlində Avropa liderləri və Volodimir Zelenski ilə görüşəcək
"The Wall Street Journal" - Stiv Uitkoff Berlində Avropa liderləri və Volodimir Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff 13-14 dekabrda Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Bu barədə “The Wall Street Journal” məlumat yayır.

Anonim mənbə nəşrə bildirib ki, Uitkoffun potensial görüşü Avropa liderləri və Zelenski ilə həlledici əhəmiyyət daşıyır, çünki Ağ Ev ilin sonuna qədər razılığa gəlməyə çalışır.

Anonim mənbənin məlumatına görə, görüşdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts iştirak edəcək.

Bundan əvvəl Ağ Ev bildirib ki, Tramp görüşə rəsmi şəxsi yalnız sülh danışıqlarında kifayət qədər irəliləyiş olduğunu düşündükdə göndərəcək.