"The Wall Street Journal" - Hörmüz boğazında müharibənin başlanmasından indiyədək 13 amerikalı əsgər həlak olub, 365 hərbi şəxs yaralanıb
"The Wall Street Journal" - Hörmüz boğazında müharibənin başlanmasından indiyədək 13 amerikalı əsgər həlak olub, 365 hərbi şəxs yaralanıb

Fars körfəzində müharibənin başlanmasından indiyədək 365 amerikalı hərbi qulluqçu yaralanıb. Bu barədə “The Wall Street Journal” qəzeti Pentaqona istinadən məlumat yayır.

İrana qarşı başlayan əməliyyat zamanı rəsmi göstəricilərə görə 13 amerikalı əsgər həlak olub, 365-i isə yaralanıb.

Yaralananlar arasında quru qoşunlarının 247 nümayəndəsi, donanmada xidmət edən 63 əsgər, 19 dəniz piyadası və Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin 36 üzvü var.

Məlumat üçün bildirək ki, İrana qarşı hərbi əməliyyatların ilk günlərində 7 Amerika hərbçisi həlak olub. Daha altı hərbçi isə Amerika yanacaqdoldurma təyyarəsinin qəzasında həlak olub. Pentaqon bu hadisəni bədbəxt hadisə kimi qiymətləndirir.