„The Wall Street Journal“ – ABŞ Müdafiə Departamenti Çinlə mümkün müharibəyə hazırlaşır
„The Wall Street Journal“ – ABŞ Müdafiə Departamenti Çinlə mümkün müharibəyə hazırlaşır

ABŞ Müdafiə Departamenti Çinlə mümkün müharibəyə hazırlaşır, – bu barədə “Wall Street Journal” məlumat yayır.

Nəşrin yazdığına görə, Çinlə mümkün gələcək münaqişə fonunda ABŞ-ın silah ehtiyatının azlığından narahat olan Pentaqon, raket təchizatçılarını istehsal sürətini iki, hətta dörd dəfə artırmağa çağırır.

Nəşrin yazdığına görə, Pentaqon nümayəndələri ilə bir neçə raket istehsalçısının yüksək rütbəli şəxsləri arasında bir neçə görüşlər keçirilib. Bəzi mənbələrin məlumatına görə, müdafiə nazirinin müavini Stiv Feynberq bu işdə qeyri-adi dərəcədə fəal rol oynayır. Bu fəaliyyətə “Döyüş sursatlarının sürətləndirilməsi şurası” adı verilir və o, bu məsələni müzakirə etmək üçün hər həftə bəzi şirkət rəhbərlərinə zəng edir.

Hərbi liderlər müdafiə podratçılarını 12 kritik silahın istehsalını artırmağa çağırırlar.