"The Times of Israel" -Suriyalı və israilli rəsmi şəxslər bu gün Bakıda görüşəcəklər
Suriyalı və israilli rəsmi şəxslər bu gün Bakıda görüşəcəklər, – bu barədə “The Times of Israel” anonim mənbəyə istinadən məlumat yayır.
Yayılan məlumata görə, Suriya və İsrailin rəsmi şəxsləri bir-biri ilə Bakıda Suriya prezidentinin səfəri çərçivəsində görüşəcəklər. Medianın məlumatına görə, Əhməd Əl-Şaraa özü görüşdə iştirak etməyəcək.
“Əl-Şəraanın səfəri çərçivəsində Bakıda suriyalı və israilli rəsmi şəxslər arasında görüş keçiriləcək”, – mənbə bildirir.
Onun dediyinə görə, söhbətin əsas mövzusu 2024-cü ilin dekabrında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra “İsrailin Suriyadakı hərbi mövcudluğu” olacaq.