"The Times of Israel" qəzeti - Amsterdamda yəhudi məktəbinin yaxınlığında partlayış baş verib
Amsterdamda yəhudi məktəbinin yaxınlığında partlayış baş verib, məktəb binasına ziyan dəyib. Bu barədə İsrail mediası məlumat yayır.
Medianın məlumatına görə, Amsterdam meri hadisəni yəhudi icmasına qarşı qəsdən edilən hücum kimi qiymətləndirir.
“Times of Israel” qəzetinin məlumatına görə, yəhudi məktəbinə edilən hücumun məsuliyyətini ekstremist qrup öz üzərinə götürüb. Yeni yaradılan ekstremist qrup son günlərdə bir neçə başqa hücumla əlaqələndirilib.
Merin məlumatına görə, partlayış nəticəsində yanğın baş verib. Hadisə binaya kiçik ziyan vurub.
“Times of Israel” qəzetinin məlumatına görə, hadisə Niderland polisinin Rotterdamdakı sinaqoqun qarşısında partlayış törətməkdə şübhəli bilinən dörd nəfərin həbs olunduğunu elan etməsindən sonra baş verib.